Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, dekabrın 1-dən 5-dək Türkiyənin paytaxtı Ankara şəhərində Böhranlara cavab əməliyyatları üzrə qərargah zabiti kursu, dekabrın 1-dən 26-dək isə Türkiyənin Konya şəhərində Kimyəvi, bioloji, radioloji və nüvə silahlarından müdafiə üzrə zabit kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər