29 Noyabr 2014 19:23
972
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iştirakı ilə dünən Mingəçevir su anbarında səyyar müşavirə keçirilib.

Teleqraf.com-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, müşavirədən əvvəl nazir Mingəçevir su anbarı ətrafında görülən işlərlə tanış olub.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Su Ehtiyatları Dövlət Agentliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti və “Azərsu” ASC-nin nümayəndələrinin iştirakı ilə keçirilən səyyar müşavirədə Mingəçevir şəhəri və Mingəçevir su anbarı ətrafında həyata keçirilən aidiyyəti infrastruktur layihələri müzakirə olunub, Yaponiyanın “Oyo” şirkətinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun mütəxəssislərinin təqdimatları dinlənilib.

Müşavirədə çıxış edən K. Heydərov həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib, işlərin vaxtında və keyfiyyətlə yekunlaşdırılması üçün qarşıda duran vəzifələrdən danışıb.


Müəllif:

Oxşar xəbərlər