“Rabitə və Yüksək Texnologiyaları Nazirliyi “2015 Olimpiya Oyunları” ilə bağlı böyük tədbirlər planı hazırlayıb”.
Teleqraf.com xəbər verir ki, rabitə və yüksək texnologiyaları nazirinin müavini Elmir Vəliyev deyib.
O, əlavə edir ki, yeni tikilən idman obyektlərinin kommunikasiya infastrukturu ilə təmin edilməsi də tədbirlər planında yer alıb: “Eyni zamanda internetin keyfiyyətinə də nəzarət artırılacaq. Nazirliyin “2015 Olimpiya Oyunları”na hazırılığı ilə bağlı sabah keçiriləcək 20-ci “BakuTel” sərgisində də ayrıca stend quraşdırılacaq. Ordan da ətraflı məlumat ala bilərsiniz”.
İlhamə