29 İyun 2022 17:16
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 iyun saat 08:00-dan 3 iyul saat 20:00-dək Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə AAYDA-dan Teleqraf.com-a bildirilib.

Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.


Müəllif: Teleqraf.com