3 İyul 2022 13:26
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda həyat yoldaşı tərəfindən zorakılıqla üzləşən və 4 uşağı ilə birgə mənzilini tərk edən qadın hazırda öz evində təhlükəsiz vəziyyətdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

O, əlavə edib ki, onlar müayinə üçün Sumqayıt uşaq xəstəxanasına yerləşdiriləcək. Daha sonra aidiyyəti üzrə bütün tədbirlər görüləcək. Məsələ aidiyyəti dövlət qrumlarının diqqətindədir.

Qeyd edək ki, ailə başçısı içi düşkünü olduğundan, sərxoş vəziyyətdə yoldaşına zorakılıq tətbiq edib, qadın da uşaqlarını götürüb evdən çıxıb. Gecə saatlarında polis qadın və uşaqların təhlükəsizliyini təmin edib. Artıq ailə başçısı polisə dəvət olunub. Onun barəsində müvafiq tədbir görüləcək.


Müəllif: Teleqraf.com