5 İyul 2022 20:11
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bolt” şirkətinin taksi sürücüsü olduğunu iddia edən bir nəfər sərnişinin gediş haqqı üçün ödədiyi qəpikləri onun üzünə çırpdığını iddia edib.

Teleqraf.com xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.

O, bu hərəkətinə bəraət qazandıraraq, müştərinin davranışını özü üçün təhqir hesab etdiyini bildirib.

Şirkət sürücüyə xəbərdarlıq etsə də, o, “Bolt”un baş ofisinə gələrək şirkəti boykot etdiyini bəyan edib. Sürücü digər həmkarlarını da öz nümunəsi üzrə hərəkət etməyə çağırıb.

Həmin görüntüləri sizə təqdim edirik:


Müəllif: Teleqraf.com