12 İyul 2022 10:34
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 4 zolağa genişləndirilməsi” layihəsi ilə bağlı “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt magistral qaz kəmərinə yeni çəkilmiş qaz xətlərinin birləşdirilməsi ilə bağlı təmir işləri görüləcək.

Bu barədə Teleqraf.com-a SOCAR “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, iyulun 13-də saat 09:00-dan etibarən 3 (üç) gün müddətində təmir işləri başa çatanadək Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Tovuz rayonlarının isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

İyulun 14-də saat 09:00-dan 2 (iki) gün müddətində Tovuz rayonunun tam olaraq, həmçinin iyulun 15-dən 2 (iki) gün müddətində Tovuz rayonunun bir hissəsinin, iyulun 14-də saat 09:00-dan etibarən 3 (üç) gün müddətində təmir işləri başa çatanadək Ağstafa rayonunun tam olaraq qaz təchizatında fasilə yaranacaq.


Müəllif: Yeganə Oqtayqızı