18 İyul 2022 17:40
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin ən böyük qida saytı istifadəyə verilib.

Teleqraf.com xəbər verir ki, qida məsələləri üzrə mütəxəssis Ağa Salamov tərəfindən yaradılmış “qidaelmi.az” saytı, gənc kulinarlar, qida mühəndisləri ümumilikdə qida ilə əlaqəsi olan hər kəs üçün nəzərdə tutulub.

Saytda “gündəlik qida xəbərçisi” bölümündə qida xəbərləri ilə yanaşı, qida fiziologiyası, kimyası, texnologiyası, tarixi və.s kimi bölümlərində qidanın müxtəlif elmləri ilə yaxından tanış olmaq olar.

Qidaelmi.az saytı evdar xanımları da unutmur. Belə ki, saytda mətbəx bölümündə müəllif yeməklər ilə yanaşı, salatlar, ət, balıq, toyuq, pəhriz yeməkləri ilə də yaxından tanış olmaq olar.

Sağlam qidalanan insanlar üçün “sağlam qidalanma” bölümü fəaliyyət göstərəcək, eyni zamanda oxucular müxtəlif mövzularda qida elmi ilə tanış ola biləcəklər.


Müəllif: Aysel Azad