1 Avqust 2022 16:59
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Gədəbəy rayonunda Şəmkir Regional qaz istismarı İdarəsinin bir qrup əməkdaşı ilə görüşüb.

Teleqraf.com Birliyə istinadən xəbər verir ki, işçilərin problemlərini dinləyib, qayğıları ilə maraqlanan baş direktor onların əmək şəraitinin yaxşılaşdırılması üçün Şəmkir RQİİ rəhbərliyinə göstəriş verib.

Görüşdə Birlik rəhbəri nümunəvi əmək fəaliyyətlərinə və işlərində fərqləndiklərinə görə 26 əməkdaşı Fəxri Fərman və hədiyyə ilə təltif edib. Ruslan Əliyev nümunəvi işçilərin hər zaman rəhbərliyin diqqətində olduğunu və gələcəkdə də onların əməyinin qiymətləndiriləcəyini bildirib. Sonda baş direktor kollektivlə birlikdə xatirə şəkli çəkdirib.


Müəllif: Yeganə Oqtayqızı