1 Avqust 2022 20:10
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR "Azəriqaz" İB-nin baş direktorunun təşəbbüsü ilə həyata keçirilən və onun şəxsi nəzarətində olan "Açıq mikrofon" aksiyaları davam edir.

Teleqraf.com Birliyə istinadən xəbər verir ki, növbəti belə aksiya bu gün Salyan şəhərinda baş tutub.

Aksiya iştirakçıları onları maraqlandıran suallara cavab tapıb, müraciətlərini ünvanlayıblar. Qeydiyyata alınan müraciətlərin çoxu aksiya zamanı öz həllini tapıb. Digər müraciətlər isə araşdırılaraq vətəndaşlara məlumat veriləcək.


Müəllif: Yeganə Oqtayqızı