8 Avqust 2022 18:00
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada koronavirus əleyhinə 3 vaksin vurulub.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ və pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya qeydə alınmayıb.

İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 nəfər, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 nəfər təşkil edib.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 829 030-dır.


Müəllif: Teleqraf.com