4 Dekabr 2014 17:47
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novella Cəfəroğlu: “Şənbə günü nazir Ramil Usubovla görüşməyi planlaşdırırıq”

Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun üzvləri ədliyyə nazirinin insan haqları üzrə müavini Faiq Qurbanovla görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə əsasən, Monitorinq Qrupunun siyahısında olan məhbusların məsələsi müzakirə edilib. Hüquq müdafiəçisi Novella Cəfəroğlu bu haqda məlumatı təsdiqləyib. O, deyib ki, görüşdə hüquq müdafiəçilərindən Arzu Abdullayeva, Səadət Bənəniyarlı və onun özü iştirak edib:

“Müzakirələr konstruktiv şəraitdə keçdi. Biz əsasən, məhbuslar məsələsini müzakirə etdik. Eləcə də İntiqam Əliyev və Leyla Yunusla bağlı fikirlərimizi çatdırdıq. Çünki bu şəxslərin səhhətində müəyyən problemlər mövcuddur. Bundan başqa Qeyri Hökumət Təşkilatlarının durumunu da müzakirə etdik və əfvlə bağlı danışdıq”.

Hüquq müdafiəçisi əlavə edib ki, onlar görüşlərini davam etdirmək istəyirlər. Bu sırada daha bir görüş daxili işlər naziri Ramil Usubovla planlaşdırılıb. Novella Cəfəroğlunun sözlərinə görə, nazirlə görüş bu həftənin şənbə günü baş tutacaq. Bu görüşdə də əsasən, insan haqları, məhbuslar və digər məsələlər müzakirə olunacaq.

Novella Cəfəroğlu vurğulayıb ki, bu görüşlərdən sonra daha ətraflı məlumat vermək mümkün olacaq.

Nemət


Müəllif:

Oxşar xəbərlər