Bu il sentyabrın 16-da Şuşada Qarabağ Biznes Forumu keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) tviter səhifəsində qeyd olunub.
“Sentyabrın 16-da Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin iş adamlarının iştirakı ilə Qarabağ Biznes Forumu baş tutacaq”, - paylaşımda bildirilib.