5 Sentyabr 2022 15:50
316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günə qədər Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb.

Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın müraciətinə cavab olaraq 3 000 diaqnostik testi ölkəyə gətirərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verib.

Qeyd edək ki, dünyada meymunçiçəyinə yoluxma hallarının sayı 50 mini keçib. Ən çox yoluxma halı isə ABŞ-da aşkarlanıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər