16 Sentyabr 2022 15:12
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin son təxribatında hansı dövlətlərin maraqlı olması sualına deyəsən aydənlıq gəlməyə başlayır. Son bir neçə aylıq davranışı ilə onlardan birinin ABŞ olduğu ortaya çıxır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Oqtay Qasımov deyib.

O əlavə edib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərinin Ermənistana "leqal" ziyarətinin ardınca Ermənistanın təxribatlarının artması, Qarabağ erməbilərinə maliyə yardımı edilməsi, ABŞ səfirinin Şuşa səfərindən nümayişkaranə imtinası və s. belə düşünməyə əsas verir.

“ABŞ tarixinin ən ermənipərəst hakimiyyəti olan Bayden administrasiyası Cənubi Qafqazda təkrar gərginlik yaratmaqla bölgədə Rusiyanın təsirini azaltmaqla yanaşı, həm də Ermənistana dəstək yönlü bəyanatlar verməklə noyabrda keçiriləcək aralıq seçkilərində ermənilərin səsini almağa çalışır”.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinken Paşlnyanla danışıqda “Azərbaycan-Ermənistan münaqişəsi ilə şəxsən məşğul olacağını” söyləməsinin ardınca, Amerikada ermənilərin “Xaç anası” hesab olunan Nümayəndələr palatasının sədri, Türkiyə və Azərbaycana düşmən mövqeyi ilə tanınan Nensi Pelosinin həftə sonunda Ermənistana dəstək məqsədilə İrəvana səfər edəcəyi xəbəri yayılıb:

“Xatırladım ki, 82 yaşlı bu təxribatçı qadının bir müddət əvvəl Tayvana səfəri də qlobal gərginliyə səbəb olmuşdu”.


Müəllif: Nemət

Oxşar xəbərlər