21 Sentyabr 2022 15:05
345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Finlandiyanın xarici işlər naziri Pekka Haavistonu Ermənistanın sərhəddə törətdiyi təxribatlar barədə məlumatlandırıb.

Bu barədə Teleqraf.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, C.Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində finlandiyalı həmkarı ilə görüşüb.

Nazirlər iki ölkə arasında ikitərəfli münasibətlər, eləcə də beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində mövcud əməkdaşlıq münasibətlərini müzakirə ediblər.

Finlandiyalı nazir Pekka Haavisto bölgədəki gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib və hazırkı durumla maraqlanıb. Nazir Ceyhun Bayramov, həmsöhbətinə bölgədə Ermənistanın silsilə təxribatları barədə ətraflı məlumat verib. Nazir Azərbaycan-Ermənistan arasında münasibətlərin beynəlxalq hüququn norma və prinsiplərinin əsasında normallaşması istiqamətində işlərin davam etdirilməsinin zəruri olduğunu vurğulayıb.

Nazirlər həmçinin digər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər