"Xural TV”nin baş redaktoru Əvəz Zeynallının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilən apellyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Əvəz Zeynallının vəkili tərəfindən verilən şikayət təmin edilməyib.
Qeyd edək ki, ötən həftə Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baş tutan prosesdə Əvəz Zeynallının ev dustağına buraxılması ilə bağlı vəkili Aqil Layıc tərəfindən verilən vəsarətə baxılıb. Hakim vəsatəti təmin etməyib.
Qeyd edək ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əvəz Zeynallının barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Əvəz Zeynallının barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib.
Daha sonra isə ona əlavə olaraq Cinayət Məcəlləsinin 312-1 (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham verilib.
Əvəz Zeynallı ittihamları qəbul etmir.