3 Oktyabr 2022 18:15
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi məlumat verir ki, ANAMA-nın Təmizləmə Qrupları tərəfindən Laçın rayonunda minatəmizləmə əməliyyatları davam edir.

Teleqraf.com xəbər verir ki, Laçın rayonunun Zabux və Sus kəndlərində evlərin təmizlənməsi əməliyyatları zamanı düşmən tərəfindən quraşdırılan tələ minalarına rast gəlinib.

Evlərin və həyətyanı sahələrin girişinə quraşdırılan tələ məftili ilə işə düşən, eləcə də PMN-Э Ermənistan istehsalı olan minaların altına əl qumbarası yerləşdirilməsi faktları aşkar olunub.

Yüksək partlayışın baş verməsi məqsədilə partlayıcı qurğuları birləşdirməklə faciənin miqyasını böyütmək düşmənin insanlıq əleyhinə düşünülmüş xəyanətkar xislətidir. Bu kimi faktlar Ermənistanın regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı məkrli niyyətinin davam etdirdiyinin göstəricisidir.

Tələ minalarının, ölüm ehtimalını artıran mina-sürprizlərin quraşdırılması Ermənistanın dövlət səviyyəsində mina terroru həyata keçirdiyini bir daha sübut edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər