6 Oktyabr 14:18
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət naziri Anar Kərimov oktyabrın 5-də İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin müavini Yasər Əhmədvənd ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində gerçəkləşən görüş zamanı iki ölkə arasında dostluq, əməkdaşlıq münasibətinin bundan sonra da inkişaf edəcəyinə inam ifadə olunub.

İranın kitab sərgisində iştirakını yüksək qiymətləndirən Anar Kərimov belə sərgilərin keçirilməsinin yazıçı və naşirlər arasında körpü rolunu oynadığını vurğulayıb, İranın Azərbaycandakı Səfirliyi və İran Mədəniyyət Mərkəzi vasitəsilə ölkələrimiz arasında mədəni əlaqələrin davamlı inkişaf etdiyini bildirib.

Sərgiyə dəvətə görə təşəkkürünü bildirən İranın mədəniyyət və islami irşad nazirinin müavini Yasər Əhmədvənd Anar Kərimovu qarşılıqlı əməkdaşlıq çərçivəsində 2023-cü ilin may ayında Tehranda keçiriləcək beynəlxalq kitab sərgisində iştirak etməyə dəvət edib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlərin müzakirə aparılıb.


Müəllif: Teleqraf.com