Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İtaliyaya səfərə gedib.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan -İtaliya Parlamentlərarası işçi qrupunun təşəbbüsü ilə 10 dekabrda Roma şəhərində Azərbaycan Respublikasının Milli Məclisi və İtaliya Senatı tərəfindən "İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi" mövzusunda konfrans keçiriləcək. M.Qurbanlı konfransda “İslam dünyasında dövlət-din münasibətləri: dünyəviləşmə problemi” mövzusunda məruzə ilə çıxış edəcək.
Konfransda Azərbaycan, İtaliya, Vatikan və digər dövlətlərin siyasi və dini qurumlarının, eləcə də elmi-tədqiqat mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.
Bəxtiyar