18 Oktyabr 2022 10:38
254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib.

Teleqraf.com xəbər verir ki, diplomat təbrik mesajını tviter səhifəsində paylaşıb.

“31 il əvvəl Azərbaycan müstəqilliyini bərpa etdikdən bəri Böyük Britaniya Azərbaycanın yanındadır. Bu gözəl ölkə 70 il SSRİ-nin tərkibində yaşayıb. Buna baxmayaraq, o, öz mədəniyyətini və dəyərlərini qoruyub saxlayıb”, - F.Auld vurğulayıb.

Diplomat bildirib ki, Azərbaycan və Böyük Britaniya son 30 ildə mədəniyyət, iqtisadiyyat, ətraf mühit və bir çox başqa sahələrdə əməkdaşlıq edir: “Bizim bu əməkdaşlığımız hər il genişlənir. Ölkələrimiz və xalqlarımız arasında dostluq daha da güclənir. Bütün Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər