24 Oktyabr 2022 17:45
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 5 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 822 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 677 nəfər müalicə olunaraq sağalıb, hazırda 345 aktiv xəstə var. Bu günə qədər 9 937 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 345, bu günə qədər isə ümumilikdə 7 307 057 test icra olunub.

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 vaksin vurulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər