27 Oktyabr 2022 14:00
341
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gənc Musiqiçilərə Dəstək” İctimai Birliyi yeniyetmələrin peşə təhsili ilə bağlı növbəti maarifləndirmə tədbirini Hacıqabul rayonunda keçirib. Hacıqabul şəhər 10 saylı tam orta məktəbində keçirilən tədbirə məktəbin peşə təhsilinə maraq göstərən 50 şagird qatılıb.

Tədbiri giriş sözü ilə açan Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə Təhsil sektorunun metodisti Fatimə Əkbərli yeniyetmələrin peşə təhsili ilə bağlı maarifləndirmə tədbirlərinin əhəmiyyətli olduğunu qeyd edib.

Həyata keçirilən layihə ilə bağlı məlumat verən “Gənc Musiqiçilərə Dəstək” İctimai Birliyinin sədri Nübar Əliyeva keçirilən tədbirlərin yeniyetmələr üçün faydalı olacağını bildirib: “Neftçala və Salyandan sonra Hacıqabul rayonunda da keçirilən bu tədbirlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Yeniyetmələr arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində təşkil olunur.

Layihənin məqsədi yeniyetmələri peşə təhsili, respublikamızda daha çox işçiyə ehtiyac olan peşələrlə bağlı məlumatlandırmaqla doğru sənət seçiminə yönləndirməkdir. Layihə çərçivəsində yeniyetmələrin və valideynlərin maarifləndirilməsi məqsədi ilə respublikamızda peşə təhsili müəssisələrinin mövcud potesialı, hazırda daha çox ehtiyac duyulan peşələr, peşə təhsili müəssisələrinə qəbul qaydalarının əks olunduğu buklet hazırlanıb. Hazırlanan buklet sizə paylanılan qovluqlarda da var. Həmin buklet vasitəsi ilə də peşə məktəbləri, peşə məktəblərinə qəbul qaydaları, peşə məktəblərində öyrədilən və əmək bazarında daha çox ehtiyac olan peşələrlə bağlı məlumat var.

Ümid edirik ki, bu buklet də sizə faydalı olacaq. Danılmaz faktdır ki, doğru peşə seçimi yeniyetmələrin gələcək həyatına təsir edəcək amillərdən biridir. Yeniyetmələr iştək, bacarıqlarına uyğun peşə seçib, həmin peşəni dərindən öyrənərlərsə, həyatda uğur qazanmaq şansları da artar”.

Daha sonra layihənin eksperti Xalid Kazımov şagirdlərə Peşə təhsili ilə bağlı məlumat verib. Şagirdlərə doğru peşə seçiminin əhəmiyyəti, respublikamızda peşə təhsili müəssisələri, dövlətin peşə təhsilinin inkişafı istiqamətində gördüyü ilə bağlı məlumat verilib. Həmçinin, şagirdlərə peşə təhsili müəssisələrinə sənəd qəbulu qaydaları, portal.edu.az saytında qeydiyyat proseduru, elektron qeydiyyatdan keçən zaman tələb olunan sənədlər, ərizəçilərə verilən ixtisas seçimi, peşə təhsili müəssisələrində pulsuz təhsil, peşə təhsili müəssisələrində təhsil haqqına güzəşt imkanları, peşə təhsilinə qəbul olan tələbələrdən tələb olunan sənədlərlə bağlı məlumat verilib. Şagirdlərə portal.edu.az saytında qeydiyyat və peşə təhsili müəssisələrinə sənəd verilmə proseduru əyani olaraq da göstərilib.

Sonda şagirdlərin peşə təhsili və peşə məktəbləri ilə bağlı sualları cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər