7 Noyabr 2022 10:45
368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daim ayıq-sayıq xidmətdə olan polislərimiz işğaldan azad edilən torpaqlarda Azərbaycan qanunlarının keşiyindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və polis əməkdaşlarının 44 günlük Vətən müharibəsində və post müharibə dövründə fəaliyyətini özündə əks etdirən videoçarxda qeyd edilib.

Bildirilib ki, videoçarx 8 Noyabr - Zəfər Gününə həsr olunub:

"Tarixdə müharibələr məqsəd və məzmununa görə iki yerə ayrılır: ədalətsiz və ədalətli müharibələr. Başqasının torpağında, sərvətində, dövlətində gözü olanlar həmişə təcavüzkar niyyətlərini həyata keçirmək üçün ədalətsiz müharibələrə başlayıblar. Azərbaycan da müstəqilliyinin ilk illərində mənfur qonşusu tərəfindən müharibəyə cəlb olundu. Bu müharibədə Azərbaycan ədalətli tərəf olduğundan onun oğul və qızları Vətəni düşmən işğalından qorumaq üçün silaha sarıldılar. Həmin dövrdə silaha sarılanların cərgəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları da var idi.

Birinci Qarabağ müharibəsində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə polis və daxili qoşunların hərbi qulluqçuları igidliklə döyüşərək qəhrəmanlıqlar göstərdilər. Amma yağı düşməni müqəddəs torpaqlardan birdəfəlik qovmaq, tarixi ədaləti bərpa etmək, düşmənə sarsıdıcı zərbə vurmaq üçün tarixi zəmin 2020-ci ci ilin sentyabr ayının 27-də yarandı.

Azərbaycan polisi və daxili qoşunların hərbi qulluqçuları hər bir azərbaycanlının uzun illərdir həsrətində olduğu torpaqlarımızın azad olunması uğrunda başlayan Vətən müharibəsində əsl fədakarlıq nümunəsi göstərdilər. 2020-ci il sentyabr ayının 28-dən ölkə ərazisində hərbi vəziyyət elan edildi. Bundan əlavə, paytaxt Bakı, eləcə də bir neçə iri şəhər və rayonlarda hərbi vəziyyət dövründə komendant saatı elan olundu. Bununla da gərgin iş rejimində xidmət aparan polisin fəaliyyət sahəsi bir qədər də genişləndi.

2020-ci ilin payızını Azərbaycan polisinin imtahan dönəmi də adlandıra bilərik. Belə ki, Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları cəbhədə bir düşmənə qarşı döyüşürdüsə, polis əməkdaşları eyni anda ikinci bir düşmənlə mübarizə aparırdı. Söhbət “COVID-19” virusundan gedir. Gözlə görünməyən bu düşmən hər yerdə idi. Qürurla deyə bilərik ki, bu imtahandan da asayiş keşikçilərimiz üzüağ çıxdılar.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları vahid komandanlıq altında xüsusi rəşadət və qəhrəmanlıq nümunələri göstərdilər. Bir-birinin ardınca azad olunan rayonlarımıza, kəndlərimizə ilk ayaq basanların, o torpaqlarda bayrağımızı dalğalandıran oğullarımızın arasında Daxili İşlər Nazirliyinin şəxsi heyəti də var idi. Ağır döyüşlərdə onlardan:
1. Mayor- Şıxamir Qaflanov
2. Kapitan- Türkay Hüseynli
3. Kapitan- Şamil Babayev
4. Baş leytenant- Kamran Kazımov
5. Baş leytenant- Təhmasib Mustafayev
6. Leytenant- Qəzənfər Məmmədov
7. Gizir- Faiq Həsənov
8. Gizir- Sərxan Abdullayev
9. Gizir- Cahid Tağızadə
10. Gizir- Mais Səmədov
11. Gizir- Vüqar Ələkbərov
12. Gizir- Emil İsgəndərov
13. Kiçik gizir- Anar Məmmədov
14. Baş çavuş- Fərid Hüseynov
15. Baş çavuş- Tofiq Həsənov
16. Baş çavuş- Tural Abdullayev
17. Baş çavuş- Vüqar Cəfərov
18. Baş çavuş- Ruslan Qurbanov
19. Baş çavuş- Əsgər Əhmədov
20. Baş çavuş- Sahib Məmmədov
21. Baş çavuş- Surxay Mehdiyev
22. Baş çavuş- Ruslan Sadıqov
23. Baş çavuş- Elçin Nadirov
24. Baş çavuş- Məhəmməd Hüseynov
25. Baş çavuş- Vüsal Allahyarov
26. Baş çavuş- Seymur Həsənli
27. Baş çavuş- Şahlar Məmmədov
28. Baş çavuş- Elvin Abbasov
29. Baş çavuş- Orxan Babayev
30. Baş çavuş- İsmayıl Qəsəbov
31. Baş çavuş- Səid Cəfərov
32. Baş çavuş- Anar Vəlizadə
33. Baş çavuş- Vüqar Əkbərov
34. Çavuş- Ramiz Ağayev
35. Çavuş- Orxan Ömərov
36. Çavuş- Orxan Mirzəyev
37. Çavuş- Ceyhun Rzayev
38. Çavuş- Cəlil Xeyrullayev
39. Çavuş- Sənan Ələsgərzadə
40. Çavuş- Emil Fətəliyev
41. Çavuş- İbrahim Cəbrayıllı
42. Çavuş- Hilal İmanzadə
43. Çavuş- Həsən Abdullayev
44. Çavuş- Elvin Məmmədov
45. Çavuş- Rauf Süleymanov
46. Çavuş- Tərlan Eyniyev
47. Çavuş- Abbas Şahbazov
48. Çavuş- Sabir Əbdürrəhmanlı
49. Çavuş- Mirsəfa Mirəşrəfbəyli
50. Çavuş- Asif Talıblı
51. Çavuş- Afər Orucov
52. Çavuş- Cavad İbadov
53. Çavuş- Ramazan Vəliyev
54. Çavuş- Elsevər Piriyev
55. Kiçik çavuş- Mikayıl Mikayılzadə
56. Baş əsgər- Kamran Fərəcov
57. Baş əsgər- Pərviz Həsənov
58. Əsgər- Fərid Seyfullayev
59. Əsgər- Nəzir Osmanov
60. Əsgər- Cahangir Surxayzadə
61. Əsgər- Tural Bayramlı
62. Əsgər- Elnur Bağırov
63. Əsgər- Ayaz Abasov
64. Əsgər- İsmayıl Məmmədov
65. Əsgər- Fərid Vəliyev
66. Çavuş- Elşən Quluzadə,

ümumilikdə 66 nəfər şəhid oldular. 346 hərbi qulluqçu yaralandı, 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü. Vətən müharibəsində qazanılan zəfərdə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşlarının igidliyi müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Ali dövlət mükafatları ilə təltif edilənlər arasında Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları da var idi".

"Müharibə zamanı və post-müharibə dönəmində Daxili İşlər Nazirliyinin əməkdaşları bütün şəhər və kəndlərimizdə, o cümlədən işğaldan azad edilən ərazilərdə təhlükəsizliyin təmin olunmasında mühüm rol oynamaqdadır.

Bu mühüm məsələnin əsas məsuliyyəti məhz onların üzərinə düşür. Bir sözlə polis və hərbi qulluqçular işğaldan azad edilmiş ərazilərdə öz xidmətlərini yüksək səviyyədə həyata keçirir, təhlükəsizliyimizi möhkəmləndirirlər. Təmkinli, cəsur, daim ayıq-sayıq xidmətdə olan polislərimiz işğaldan azad edilən torpaqlarda Azərbaycan qanunlarının keşiyindədir. 30 ilə yaxın düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu və diləyi idi.

Sevindirici haldır ki, artıq həmin şəhər və rayonlarımızda polis əməkdaşları illərdir həsrətində olduqları ərazilərdə xidmət aparırlar. Bu gün əsasən məqsədlərindən biri vətəndaş məmnunluğunu təmin etmək olan Azərbaycan polisi cəmiyyətin hər bir üzvünün güvənc yeri, əminliklə kürəyini söykədiyi bir dayaqdır. Azərbaycan polisi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkənin tərəqqisinə, inkişafına layiqli töhfələr vermək üçün bu gün də yorulmadan, ayıq-sayıq dövlətə və dövlətçiliyə xidmət edir", - videoçarxda bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər