25 Noyabr 2022 12:13
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi rayonu, dördüncü mikrorayonda yerləşən kitabxana yararsız vəziyyətdədir.

Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Məlahət İbrahimqızı deyib.

O xatırladıb ki, ölkədə bəlkə də ən yaxşı uşaq kitabxanası Ümumilli lider Heydər Əliyevin 1974-cü ildə inşa etdirdiyi və özünün də açılışında iştirak etdiyi 4 saylı kitabxanadır:

“Hazırda kitabxana darmadağın vəziyyətindədir, minlərlə kitab itib-batır. Heç olmasa bu kitabları götürmək lazımdır ki, heyif olmasın”.

Deputat Mədəniyyət Nazirliyinə yazılı müraciət etdiyini bildirib, eyni zamanda Bakı Mədəniyyət İdarəsinə də çağırış edib: “Xahiş edirəm ki, bu problem diqqətə alınsın”.


Müəllif: Nemət

Oxşar xəbərlər