Milli Məclis “Siyasi partiyalar haqqında”qanun layihəsini ikinci oxunuşda qəbul edib.
Teleqraf.com xəbər verir ki, layihənin müzakirəsi zamanı 16 deputat çıxış edərək təkliflərini irəli sürüb, 4 deputat isə sual ünvanlayıb.
Daha sonra qanun layihəsinin fəsilləri ayrı-ayrılıqda səsverməyə çıxarılıb, daha sonra qanun bütövlükdə səsvermədən keçib.
Qanun layihəsinin əleyhinə çıxan olmayıb.