8 Dekabr 2022 01:28
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü ilin yaz-yay naviqasiya dövründə Astanadan Bakıya yeni uçuşların açılması gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“2023-cü ilin yaz-yay naviqasiya dövründə Aktau və Çimkənddən Ankaraya, Almatı və Aktaudan Mədinəyə, Astanadan Nyaçanqa, dekabrın 25-dən etibarən Astanadan Bakıya, Çimkənddən Düşənbəyə reyslərin açılması gözlənilir. Eyni zamanda, “Air Seychelles” aviaşirkəti dekabrın 26-dan etibarən Qazaxıstan və Seyşel adaları arasında Almatı-Mahe istiqamətində reyslər açmağı planlaşdırır”, - məlumatda deyilir.

Bildirilir ki, hazırda qazaxıstanlılar dünyanın 29 ölkəsinə birbaşa uçuşlar həyata keçirə bilirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər