“Bir anlığa təsəvvür edin ki, Ruben Vardanyan Moskvada oturur və cinayətkar aləmlə əməkdaşlıq edir. Aydındır ki, ermənilərin Rusiyada güclü mafiyaları, kriminal avtoritetləri, cinayətkar dəstələri var. Vardanyan bu qrupların imkanlarından istifadə edib, onları yaradıb və nəticədə zəngin insana çevrilib, milyarder olub. Sizcə, Ruben Vardanyanın öz xoşluğu ilə Moskvadakı sakit və zəngin həyatından ayrılaraq gərginliyin daima olduğu və qanunsuz şəkildə separatçıların nəzarətində olan əraziyə gələrdimi? Əsla gəlməzdi! Demək Vardanyana Moskvadan göstəriş verilib ki, Xankəndiyə gedəcəksən və bizim emissarımız olacaqsan, dediklərimizi icra edəcəksən”.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov bildirib.
Onun sözlərinə görə, Moskvanın istəyindən sonra Ruben Vardanyan Xankəndinə getməsəydi onun cinayətkar yolla qazandıqlarını əlindən alınacaq, özü də pis duruma salınacaqdı: “Ruben Vaedanyan məcburiyyət qarşısında Qarabağa göndərilib və Xankəndində yerləşdirilib. Təsəvvür edin ki, Rusiya vətəndaşı olan cinayətkar, indisə separatçı Vardanyan cinayətkar-separatçı qurumda göstərişlər verir və Moskvanın göstərişlərini həyata keçirir. Məsələ bu qədər sadədir”.
Elman Məmmədov bildirir ki, Moskva Ruben Vardanyanı planlı şəkildə Xankəndinə göndərib və məqsəd aranı qatmaq, nəyin bahasına olursa-olsun gərginliyi saxlamaqdır: “Guya Ermənistanda erməni tapılmırdı ki, Xankəndinə aparılsın. Və ya separatçılar arasında belə birini ortaya çıxarmaq mümkün deyildi? Bəli, Vardanyanın xüsusi tapşırığı var. O da verilən tapşırıqları yerinə yetirir və vaxtaşırı tapşırıqlarını alır. Dekabrın 10-da onların düzəltdikləri təxribat əslində Volkovla Vardanyanın birlikdə hazırladığı tədbir idi və göz önündədir. Moskvasız və Volkovsuz Vardanyan belə qələt edə bilməzdi. Nəzərə alın ki, mən hələ 90-cı illərin əvvəllərində orada mövcud olan komendaturaları, əsgər postlarını 4 il görmüşəm və bilirəm ki, onlar sərt üzünü çevirəndə nə olur. Əslində Volkov və sülhməramlılar istəsəydi azərbaycanlı mütəxəssislərin qarşısına bir erməni belə çıxa bilməzdir. Ancaq bizim nümayəndələrimizə qarşı təxribat məhv Volkovun istəyi və təşkilatçılığı ilə baş verib, Vardanyan da bura da əsas icraçı olub”.