15 Dekabr 2014 15:11
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir çox məsələlərə soyuqqanlılıq nümayiş etdirən beynəlxalq təşkilatlar, o cümlədən, ABŞ Dövlət Departamentinin Azərbaycana münasibətində, son on gündə, xeyli fəallıq müşahidə olunur. Bu fəallığın kökündə isə Xədicə İsmayılın təqsirləndirilən şəxs qismində həbs olunmasının dayanması heç də təsadüfi deyil”.

Bu barədə Teleqraf.com-a açıqlamasında Demokaratik İslahatçı Gənclər İctimai Birliyinin İdarə Heyətinin sədri Vüsalə Hüseynli bildirib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi ilə baş verən proseslərdə belə həssaslıq və operativlik nümayış etdirməyən, qondarma, separatçı “Dağlıq Qarabağ Respublikası”na birbaşa maliyyə dəstəyi verən Birləşmiş Ştatların bu gün məişət zəminində baş vermiş hadisəyə bu qədər diqqət ayırması Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” məqaləsində söylədiyi fikirlərin, qeyd etdiyi faktların reallığı əks etdirdiyini bir daha təqsdiqləyir: “Gəlin bü günə kimi ABŞ-ın “demokratiya pərdəsi” adı altında “demokratikləşmə”yə yardım etdiyi ölkələrin və xalqların vəziyyətinə baxaq. Məhz bu ölkənin “demokratikləşmə” töhfəsinin nəticəsində bu gün İraqda, Suriyada baş verənlərin nəticələri göz önündədir. ABŞ-ın demokratiyaya dəstəyindən sonra Əfqanıstanda narkotik ticarəti daha da irəli gedib. Bu gün terror ideologiyasını təbliğ edən, indiyə qədər görünməmiş miqyasda kütləvi qətllərə, zorakılığa əl atan, bütün regionun təhlükəsizliyinə təhdid sayılan “İraq və Şam İslam Dövləti” (İSİD) aktiv fəaliyyətə başladı. Bu isə bir daha onu göstərir ki, Dövlət Departamenti ABŞ-da demokratiyanın və insan haqlarının tapdanması faktlarını görməməzliyə vuraraq mütəmadi olaraq bir sıra ölkələrdə, o cümlədən, Azərbaycanda baş verən hər hansı kiçik bir hadisəni süni şəkildə qabardaraq beynəlxalq ictimaiyyətə qərəzli, yalan informasiyalar təqdim etməklə məşğuldur”.

QHT rəhbəri Administrasiya rəhbərinin bu gün “5-ci kalon” rolunda çıxış edən QHT-lərlə bağlı fikirlərinə də münasibət bildirib: “Hörmətli akademik Ramiz Mehdiyevin fikirlərini tam dəstəkləyirəm. ABŞ tərəfindən maliyyələşən, NDİ (Milli Demokratiya İnstitutu) və NED-in (Milli Demokratiya Fondu) hansı missiyalar ilə fəaliyyət göstərdikləri hamiya bəllidir. Xüsusilə, NED-in fəaliyyətininin şəffaflıqdan uzaq olaraq, xüsusi missiya üzrə fəaliyyət göstərdiyini vurğulamaq olar. Bu fondun maliyyələşdirdiyi layihələr siyahısına nəzər yetirmək kifayətdir ki, Ramiz müəllimin qeyd etdiyi faktları bir daha təsdiqləmiş olaq. Əgər bir fond uzun illər eyni təşkilatlara, eyni mövzu üzrə böyük məbləğdə maliyyə verirsə, artıq bunun sonunun nəyə bağlanacağını müəyyən etmək çətin deyil. Gürcüstan və Ermənistandan (http://www.ned.org/where-we-work/eurasia/georgia, http://www.ned.org/where-we-work/eurasia/armenia ) fərqli olaraq, Azərbaycana ayrılmış maliyyələrin hansı təşkilatlara, hansı məqsədlə ayrılması barədə fondun rəsmi səhifəsində heç bir məlumat verilmir (http://www.ned.org/where-we-work/eurasia/azerbaijan). Təbii ki, bu faktın özü bir daha Ramiz müəllimin qaldırdığı məsələlərin ciddiliyini cəmiyyətmizə xatırladır, dövlətin müstəqilliyi, milli təhlükəsizliyinin qorunması naminə gərəkən addımların atılmasınıı zəruri edir”.

V.Hüseynlinin sözlərinə görə, ABŞ-in maliyyələşdirdiyi NED, Freedom House, Amnesty International kimi sırf bu ölkənin qlobal maraqları naminə fəaliyyət göstərən təşkilatların əksəriyyəti ikili standartlar siyasəti yürüdərək, insan hüquqlarından hökumətlərə təzyiq aləti kimi istifadə etməklə, dünyanın əksər ölkələrinin daxili işlərinə qarışmaqla özlərinin məxsusi missiyalarını həyata keçirirlər. Halbuki, bu gün ABŞ-ın özündə istər insan hüquqları, istər demokratiya, istərsə irqi ayriseçkiliklə bağlı yetərincə ciddi problemlər var və adlarını qeyd etdiyimiz bu təşkilatlar fəaliyyətlərini bu istiqamətdə yönəltsələr Amerika xalqına daha böyük töhfə vermiş olarlar”.

QHT rəhbəri əlavə edib ki, Ramiz müəllimin məqaləsi qlobal güclərin və onların himayəsi altında fəaliyyət göstərən beynəlxalq təşkilatların özlərinin maraq dairəsində olan inkişaf etməkdə olan ölkələrə münasibətdə hansı siyasət yürütdükləri, bu siyasətin əsil məqsədi və əldə etmək istədikləri nəticələr barədə obyektiv, hadisə və faktların soyuqqanlı, ən kiçik nüansları belə nəzərə alan analizidir: “Eyni zamanda bu təhlil qlobal güclərin əsil hədəfləri, hansı üsul və vasitələrdən yararlandıqları, “soyuq müharibə”dən sonrakı dövrdə neoimperialist siyasətin hansı forma dəyişikliyinə məruz qalması, qlobal hegomunluğun qorunması üçün hansı addımlar atılması, bu istiqamətdə fəaliyyətlərin ideya-nəzəri nöqteyi-nəzərdən necə əsaslandırılmasının başa düşülməsi baxımından olduqca əhəmiyyətlidir.

Bu təhlil eyni zamanda qlobal güclərin neoimperialist siyasətinin inkişaf etməkdə olan ölkələr üçün yaratdığı təhlükə və təhdidləri görmək aydınlaşdırmaq, müvafiq nəticələr çıxarmaq baxımından dəyərlidir. Ramiz Mehdiyevin emosiya və qərəzli münasibətdən uzaq hərətəfli, rasional analizi məhz bu səbəbdən belə geniş rezonans doğurub. Həmçinin, qlobal güclərin hegomonluq siyasətinin obyektiv təhlil etməklə Azərbaycan dövləti üçün mümkün təhlükələri öncədən görmək, analiz etmək və öz fikirlərini bölüşməklə cəmiyyəti məsuliyyətə səsləmək hörmətli akademikin, görkəmli dövlət xadimi, hər şeydən əvvəl isə elm adamı kimi cəsarətindən, milli maraqlara, dövlətçiliyə sədaqətindən xəbər verir.

Etiraf edək ki, qlobal informasiya məkanına tam nəzarət edən böyük güclərin çox böyük informasiya resurslarını cəlb etmklə görünməmiş təzyiq imkanlarına malik olduğu şəraitdə bu cür analizlərlə çıxış edən dövlət və elm adamlarına nadir hallarda rast gəlirik. Ramiz müəllim isə öz təşəbbüsü ilə bir daha nümayiş etdirdi ki, əsil elm adamı, dövlət xadimi üçün hər şeydən öncə milli maraqlar, milli dövlətçilikdir”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər