18 Dekabr 2022 17:20
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 72 yeni yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 825 409 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 869 nəfər müalicə olunaraq sağalıb, hazırda 547 aktiv xəstə var. Bu günə qədər 9 993 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 864, bu günə qədər isə ümumilikdə 7 407 349 test icra olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər