27 Dekabr 2022 11:52
381
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlət başçısının Qərbi Azərbaycan İcması ilə görüşü çox maraqlı oldu. Prezident səviyyəsində məsələyə konseptual yanaşıldı. Bu görüş siyasi, mənəvi və tarixi tərəfləri özündə birləşdirdi. Dünya ictimaiyyətinin diqqətini Azərbaycana, Azərbaycan-Ermənistan münasibətlərinə yönəltdi".

Teleqraf.com xəbər verir ki, bunu parlamentin iclasında çıxışı zamanı vitse-spiker Fəzail İbrahimli deyib.

Deputat bildirib ki, İrəvanın vaxtilə ermənilərə verilməsi adi fikir, vətəndaş mövqeyi deyil, bu, dövlət başçısının bəyanatı idi:

“Bu gün paytaxtı İrəvan olan Ermənistan bizim tarixi torpaqlarımızda qurulub və bu, dünya ictimaiyyəti tərəfindən bilinməlidir”.

Fəzail İbrahimli qeyd edib ki, sözügedən görüşdə Qərbi Azərbaycandan gələn insanların keçdiyi tarixi yola nəzər salınıb: “Onların keçdiyi faciəvi yol gündəmə gətirilib - 1918, 1948 faciələri... Bütün bunlar dünya ictimaiyyətinə çatdırılır. Bizim tarixçilər bu məsələlərə toxunur, amma dünyanın bundan xəbəri yoxdur. Prezidentin bu məsələyə böyük diqqət ayırması bu baxımdan da əhəmiyyət kəsb edir”.

Vitse-spiker xatırladıb ki, İndi Qərbi Azərbaycan İcmasının oturduğu binada zamanında Qarabağ İcması fəaliyyət göstərib: “İndi Qərbi Azərbaycan İcmasının həmin binada olması bir mesajdır ki, siz də vətəninizə qayıdacaqsınız. Biz bir zamanlar qeyd edirdik ki, hamımız qarabağlıyıq və torpaqlarımıza dönəcəyik.

Prezidentin məlum çıxışının içərisində Qərbi Azərbaycanla bağlı həlqənin cızıldığı aydındır. Əminəm ki, günün birində bu parlamentdə biz həmin məsələni müzakirə edəcəyik".


Müəllif: Nemət

Oxşar xəbərlər