16 Yanvar 2023 09:05
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt Bakının bir sıra yollarında tıxac müşahidə edilir.

Bu barədə Teleqraf.com-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Sıxlıq müşahidə olunan yollar aşağıdakılardır:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

4. 20 Yanvar dairəsində;

5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. Badamdar şossesi, mərkəz istiqamətində;

7. Heydər Əliyev prospekti, köməkçi və əsas yol, mərkəz istiqamətində;

8. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

10. Babək prospekti, mərkəz istiqamətində;

11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

13. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

14. Zərifə Əliyeva küçəsində sıxlıq müşahidə olunur.


Müəllif: Teleqraf.com