Oxşar xəbərlər
Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktı zamanı silahlı şəxsin üstünə əliyalın atılan və onu zərərsizləşdirən səfirliyin təhlükəsizlik işçisi günün qəhrəmanına çevrilib.
Teleqraf.com baku.ws-ə istinadla xəbər verir ki, sözügedən şəxs əslən Şuşadan olan Tağıyev Vasif Natiq oğludur.
Onun ailəsi hazırda Abşeron rayonu Masazır qəsəbəsində yaşayır. Qəhrəman mühafizəçi ailəlidir və 3 övladı var.