3 Fevral 2023 09:57
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar ayında 19 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Bu barədə Teleqraf.com-a Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib.

Həmin müddətində 42 nəfərə fəlsəfə doktoru, 9 nəfərə elmlər doktoru dərəcəsi verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 19 nəfərə imtina cavabı gəlib.

Bundan başqa, keçən ay 10 nəfərə dosent, 1 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 7 nəfərə, professor elmi adı almaq istəyən 2 nəfərə imtina verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər