Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 3 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 828 085 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 816 nəfər müalicə olunaraq sağalıb, hazırda 173 aktiv xəstə var. Bu günə qədər 10 096 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 619, bu günə qədər isə ümumilikdə 7 496 659 test icra olunub.