Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Adanaya çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Adanada olan FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev məlumat verib.
O bildirib ki, qüvvələrin tərkibinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir.
Nazirlik rəsmisi vurğulayıb ki, heyətin Kahramanmaraşda fəaliyyət göstərmələri planlaşdırılır.//Report