9 Fevral 2023 14:17
251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bir qrup azərbaycanlı Türkiyənin Qaziantep şəhərindən Vətənə təxliyə olunacaq.

Bu barədə Teleqraf.com-a Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.

Bildirilib ki, təxliyə avtobusu bu gün, fevralın 9-da saat 14:00-də Qaziantep vilayəti avtovağzalından Azərbaycana yola düşəcək.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.


Müəllif: Teleqraf.com