9 Fevral 2023 14:59
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırmızı rəngli köhnə avtomobillə Türkiyəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar aparan şəxsə avtomobil hədiyyə edilib.

Teleqraf.com xəbər verir ki, Sərvər Bəşirli adlı şəxs bu gün MTV-də yayımlanan "Ümid ilə gəl" televiziyasına dəvət olunub.

Aparıcı Tarix Əliyev ona yeni avtomobilin alınması üçün yardım kampaniyası başlatdığını deyib.

Verilişə bağlanan Rusiyada yaşayan iş adamlarından biri Sərvər Bəşirliyə avtomobil hədiyyə etdiyini bildirib.

Avtomobilin açarı birinci gün Sərvər Bəşirliyə hədiyyə edəcək.


Müəllif: Teleqraf.com