14 Fevral 2023 15:10
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hər kəs əmin olsun ki, göndərdikləri hər qəpik, hər manat zəlzələdən zərərçəkənlərə xərclənəcək".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, səfirlik ötən həftə AFAD-ın bank hesablarını paylaşıb.

"Dünəndən Türkiyə Səfirliyinin adına da hesab açılıb. Yardımlarınızı, ianələrinizi bu hesaba göndərməyinizi xahiş edirik. Hesabda toplanan pul AFAD-a köçürüləcək".


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər