Ruben Vardanyan istefa verməyəcək, vəzifədən çıxarılacağı təqdirdə isə buranı tərk etməyəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri separtçı Mesrop Arakelyan deyib:
“Bu söhbətlər yeni deyil. Həm yanvarda, həm də indi Ruben Vardanyan istefa vermək fikrində olmayıb, buranı tərk etmək niyyətində də deyil”.
O, əlavə edib ki, Vardanyanın istefaya göndəriləcəyindən xəbəri yoxdur: “Belə qərarı Araik Arutyunyan verə bilər. Amma bu halda həm səbəbləri, həm də sonrakı planları təqdim edəcək”.
Ancaq aydındlr ki, Vardanyan işdən qovulduqda dərhal sonra Xankəndini tərk edəcək. O, Xankəndinə məqsədli şəkildə göndərilib.
Görünən odur ki, Azərbaycanın tədbirləri nəticəsində uğursuz Vardanyan dosyesi artıq tamamlanır.