10 Mart 2023 17:46
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Dövlət Komitəsi) tərəfindən Bakı şəhəri Nəsimi rayonu “Məşədi Dadaş” məscidinə rəsmi din xadimi təyin olunmayıb.

Bu barədə Teleqraf.com-a Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Xatırlatmaq istəyirik ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” normativ aktı mövcuddur. Bu Qaydaya əsasən Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr təşkil edilir. Sözügedən məscidə də rəsmi din xadiminin təyin olunması məhz bu Qayda əsasında həyata keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər