Xəbər verdiyimiz kimi, İran İslam Respublikasına məxsus hərbi təyyarə bu gün fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, İran hərbi təyyarəsinin uçuş istiqamətini əks etdirən görüntü yayılıb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.
Həmin görüntünü təqdim edirik: