29 Mart 2023 14:12
345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafanın müalicəsi davam edir, həkim müşahidəsi altındadır.

Teleqraf.com xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Vurğulanıb ki, ötən gün yaşadığı evin qarşısında güllə yarası alan deputat Fazil Mustafaya tibb personalı tərəfindən bütün zəruri xidmətlər göstərilib.

Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər