14 Aprel 2023 17:13
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli və işçi qrupunun üzvü, Milli Məclisin komitə sədri Tahir Mirkişili aprelin 17-də İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcəklər.

Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində deputatlarımız İtaliya Respublikası Senatında Parlamentlərarası İttifaq yanında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni tərkibinin rəsmi təqdimat mərasimində iştirak edəcəklər.

Səfər aprelin 24-də başa çatacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər