“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası mayın 5-də keçiriləcək.
Teleqraf.com xəbər verir ki, saat 11:00-da başlayacaq aksiya feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.