Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi qulluqçuları Aralıq dənizinin şərqində keçirilən "Kurtaran-2023" sualtı axtarış və xilasetmə təlimində iştirak edib.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimin planına əsasən batmış sualtı qayığın robotlar vasitəsilə axtarışı, vəziyyətinin qiymətləndirilməsi, eyni zamanda heyətin xilas edilməsi, dalğıclar vasitəsilə onlara qida və tibbi ləvazimatların ötürülməsi üzrə tapşırıqlar icra olunub.
Qeyd edək ki, beynəlxalq təlimdə 17 ölkədən 37 nümayəndə iştirak edib.