Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “Elmlər Akademiyası” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 26 may 2023-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.