Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysın dəvəti ilə Avstriyaya səfər edib.
Nazirlikdən Teleqraf.com-a bildirilib ki, nazir cari ilin 4 iyun tarixində Vyana şəhərində keçiriləcək OPEC və qeyri-OPEC ölkələrinin 35-ci nazirlər iclasında iştirak edəcək.
İclas çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.