25 İyun 2023 16:28
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının (MMQ) komandanlığında "Heydər Əliyev İli" çərçivəsində Silahlı Qüvvələr Gününə həsr olunmuş "Ümummilli lider Heydər Əliyev və ordu quruculuğu" mövzusunda tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, qarşısına gül dəstələri düzülüb.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi Fondunun müdiri, Tarix İnstitutunun doktorantı tarixçi alim Şəfa Mövsümov, Vətən müharibəsi qazisi mayor Rahib Mirzəyev, Xüsusi Təyinatlı Qüvvələr mənsubu, ASAN Xidmətin baş mütəxəssisi Qarabağ qazisi Natiq Mehdiyev və Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələr mənsubu Şamxal Qocayev və MMQ-nin şəxsi heyəti iştirak edib.

Tədbirdə çıxış edən natiqlər xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş, hər bir azərbaycanlı üçün vətənpərvərlik nümunəsinin rəmzinə çevrilmiş ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, Vətən qarşısındakı müstəsna xidmətlərindən danışıblar. Vurğulanıb ki, xalqımız yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Çıxışlarda qeyd edilib ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə ordu quruculuğu, milli hərbi kadrların yetişdirilməsi məsələsini daim diqqətdə saxlayıb, bu istiqamətdə titanik fəaliyyət göstərib.

Bu mütərəqqi siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib. Qeyd olunub ki, məhz Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən şanlı 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında olduğunu sübut etdi.

Tədbir Mülki müdafiə qoşunlarının nümunəvi orkestrinin konsert proqramı ilə başa çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər