1 Avqust 2023 20:39
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda və Abşeron yarımadasında avqustun 03-ü səhərdən 05-i gündüzədək şimal-qərb küləyinin arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra avqustun 03-ü gündüz şimal və qərb rayonlarından başlayaraq 05-i gündüzədək hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər